İsveç hökuməti Ukraynanın “Suspilne” telekanalına dəstək üçün təxminən 1,4 milyon dollar ayıracaq. Yardım Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq donor konfransı ilə üst-üstə düşür. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yardımın üç il müddətinə nəzərdə tutulacağı və rəqəmsal xəbərlər üçün əlverişli platformaların yaradılmasına və Ukraynanın jurnalist potensialının gücləndirilməsinə yönələcəyi gözlənilir. Qeyd edək ki, İsveç tərəfi 2017-ci ildən Ukrayna telekanalına dəstək verir.
Havar Şəfiyeva






