İsveçli analitik Lars Bern Ukrayna ordusunun təslim olmasını zaman məsələsi adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə “SwebbTV” məlumat yayıb.
Onun sözlərinə görə, Qərb mediası Ukrayna Silahlı Qüvvələrinin çox az qədər uğur qazandığını görüb, onu böyük nailiyyət səviyyəsinə çatdırmağa çalışır. Analitik hesab edir ki, Kiyev yalnız Qərbdə təbliğat fəaliyyətində uğur qazanır.
Bern əvvəllər Qərbin Rusiyaya nifrətinə görə genişmiqyaslı münaqişənin başlayacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, Qərb siyasətçiləri Rusiyaya nifrətdən korluq çəkirlər. “Bu, artıq müharibədir, lakin bu, Rusiya və NATO arasında müttəfiqlik müharibəsidir və alyans bu yoxsul Ukrayna xalqını istismar edir”.
Havar Şəfiyeva





