"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsveçdə Azərbaycan Birliyi bu ölkədəki soydaşlarımıza müraciət ünvanladı

30 Aprel 2015 - 18:53
in XƏBƏR LENTİ

İsveçdə Azərbaycan Birliyi bu ölkədəki soydaşlarımıza müraciət ünvanladı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İsveçdə Azərbaycan Birliyi bu ölkədə fəaliyyət göstərən dərnək, federasiya və təşkilatlara eləcə də bu ölkədə yaşayan xalqımızın dəyərli nümayəndələrinə 28 may – Cümhuriyyət günü ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Əziz dostlar, dəyərli həmvətənlər! Bilirsiniz ki, qarşıda 28 may – Şərqdə ilk Respublika-Cümhuriyyət quran dəyərli xalqımızın böyük bayramı gəlir. Bu bayramı cümhuriyyətimizə, dövlətimizə layiq böyük el şənliyinə çevirmək fikrindəyik. Bunun üçün Azərbaycandan çox populyar müğənni Samir Piriyevi, Almaniyadan instrumental ansambl və ulu əcdadlarımızın bizə miras qoyduğu, mədəniyyətimizin incisi “Muğam” sənətkarları, ikinci muğam müsabiqəsinin laureatı Könül Məmmədlinin ifaçılığı ilə muğam üçlüyünü dəvət etmişik. Bu dəfə daha geniş salon kirayə edib Azərbaycan mətbəxinin incilərini təqdim etmək fikrindəyik. Bütün bunlar böyüklər üçün cəmi 400 kr (təxminən 40 avro). 12-06 yaşlı uşaqlar üçün 200 kr (20 avro). kiçik yaşlı balalar üçün isə pulsuzdur. Əgər sponsorumuz olsaydı bütün bunlar daha aşağı qiymətə, bəlkə də pulsuz olardı. Amma pulsuz tədbirlərin də bir narahatçılığı ondadır ki, istər-istəməz ora insanları dəvətnamə ilə çağırilmalı olacaqdıq. Bunun da ayrı-seçkilik kimi qəbul olunacağı və haqlı  olaraq narazılığa səbəb olacağı indidən məlumdur. Simvolik qiymətlər də ola bilər. Amma yenə də qeyd etmək istərdik ki,  bu tədbir bizlərin qatqısıyla heç bir gəlir qazanmaq düşünmədən yalnız  “Birliyimiz  və diriliyimiz” prinsipi ilə edilir.
Əziz soydaşlar, İsveç ilin 6 ayı gecə, 6 ayı gündüz olan sakit və bahalı ölkədir. Təbii ki, hər kəsin həftə sonları isveçlilər kimi barlarda və restoranlarda  “stress atmaq” imkanı yoxdur. Buna heç bizim mədəniyyətimiz, kültürümüz də imkan vermir. İldə cəmi üç əsas bayramımız var ki, heç olmasa, bu bayram günlərində bir araya gələ bilək; Yeni il və Həmrəylik günü, Novruz Bayramı  və 28 mayda.. İsveçdə iki federasiya və onlarla Azərbaycan dərnəkləri var. Bəlkə elə bir şəhər, elə bir insan adı yoxdur ki, onların adına 3-5 nəfər ailə üzvlərindən ibarət dərnək, təşkilat olmasın. Amma çox acınacaqlı haldır ki, hələ də ümummilli məsələlərdə birləşə, sözü bir yerə qoya bilmirik.

Elə Türkiyə səfirliyinin önündəki son nümayiş də buna misal ola bilər. Təəssüf ki, bir qismimiz şənliklərimizi belə hansısa şəxsi münasibətlərə, təşkilatçının  kimliyinə görə boykot edirik. Yəni doğrudan evdə oturub, depressiyaya qapılmaq insan arasına çıxmaqdan yaxşıdır? Ən üzücü hal bilirsiniz nədir? Ambisiyalarının əsiri olaraq, kiçik kafelərdə, pizzeriyalarda, pablarda eyni adlı tədbirlər qoyub vətəndaşları incitmək, pərən-pərən salmaq və böyük tədbirə süni əngəllər yaradaraq insanlar arasında çaşqınlıq salmaq. Günah deyilmi, dostlar?! Axı bu düşmənçilikdən də betərdir. Axı bu nə Azərbaycanlığa, nə vətənpərvərliyə, nə müqəddəs dəyərlərə, nə də insanlığa sığır. İnanın, heç kəsə çamur atmaq, heç kəsi aşağılayıb gözdən salmaq niyyətimiz yoxdur. Biz sadəcə böyük xalq olduğumuzu sübut edərək adımıza layıq təntənəli tədbirlər keçirmək istəyirik.
Gəlin bir olaq, BİRLİYİMİZ DİRİLİYİMİZDİR!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azerfon”un yeməkxanasında uçqun olub – yaralılar var

Next Post

Azərbaycandan didərgin salınan jurnalistlə Parisdə görüş

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycandan didərgin salınan jurnalistlə Parisdə görüş

“Cənub Qaz Dəhlizi” mühüm və strateji layihədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.