ABŞ prezidenti Co Bayden İsveçin baş naziri Ulf Kristerssonun Vaşinqtona səfərini gözləyir. Ağ Evdən bildiriblər ki, iyulun 5-nə planlaşdırılan NATO məsələlərinə dair danışıqları var. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Ağ Evin məlumatına görə, siyasətçilər İsveçin NATO-ya daxil olması ilə bağlı məsələləri müzakirə edəcəklər. Bundan əlavə, danışıqlarda Ukraynaya dəstək, təhlükəsizlik sahəsində ölkələr arasında əməkdaşlıq kimi mövzulara da toxunulacaq.
Havar Şəfiyeva





