Ankaranın İsveçin NATO-ya daxil olması prosesini ləngitməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib. Elchi.az xəbər verir ki, bu barədə “T24” məlumat yayıb.
“Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində gecikməsi münasibətləri praktiki olaraq dalana dirədi. Keçən iyulda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətləndi”, – deyə nəşr yazır.
Nəşrin qeyd etdiyi kimi, Türkiyə parlamentinin açılışında baş verən terror aktı, eləcə də oktyabrın 7-də Qəzzada başlayan müharibə Ankaraya bu məsələnin həllində əl-qolunu bağlamaq imkanı verib. “Əslində hökumət İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq niyyətindədir. bununla belə, neqativ hadisələri də öz xeyrinə çevirməyə çalışır”, – deyə məqalədə aydınlıq gətirilir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı zamanı İsveçin NATO-ya vaxtından əvvəl qəbul olunmasını dəstəkləyib. O əlavə edib ki, ölkənin alyansa qoşulması bütün müttəfiqlərə müsbət təsir göstərəcək.
Havar Şəfiyeva






