İsveçrə prezidenti Viola Amherd dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında Ukraynanın Rusiya ilə davam edən müharibəsinə son qoymağa kömək etmək məqsədi daşıyan sülh formulu sammitinə ev sahibliyi edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İsveçrənin Davos şəhərində keçiriləcək ” Dünya İqtisadi Forumu” ndan əvvəl Bernə səfəri zamanı İsveçrə Prezidenti Viola Amherd ilə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında Zelenski Rusiya-Ukrayna müharibəsinə görə Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etdiyinə görə İsveçrəyə minnətdarlığını bildirib.
İclasda qlobal ərzaq təhlükəsizliyi, müharibə başlayandan bəri min ukraynalı qaçqının İsveçrəyə getməsi, 2024-cü ildə Ukraynadan olan qaçqınların müdafiəsi üçün 1,2 milyard İsveçrə frankı ayrılması kimi məsələlər də müzakirə edilib.
Mətbuat konfransında İsveçrənin sülh formulu sammitinə ev sahibliyi etməsi məsələsi ilə bağlı
deyib: “İsveçrə sülh formulu və Ukraynada daimi sülhün əldə olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Bazar ertəsi iki nümayəndə heyəti bu məqsədə doğru növbəti addımları müzakirə ediblər. Ukrayna prezidentinin xahişi ilə İsveçrə sülh formulu üzrə sammitə ev sahibliyi etməyə razılıq verib. Hazırda daha ətraflı iş aparılır.
Nuranə Məmmədova





