İsveçrə hökuməti Rusiyanın 7,5 milyard frank (8,1 milyard dollar) aktivlərini dondurub.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) rəsmi nümayəndəsi Markus Sporndli bildirib.
Sporndli qeyd edib ki, ölkənin İqtisadiyyat Nazirliyi “Credit Suisse”in 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) Rusiya aktivini bloklamasına münasibət bildirməyib.
Onun sözlərinə görə, “Credit Suisse”in açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyaları nəticəsində dondurulmuş vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiya tətbiq edilmiş şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir. Ona görə də İqtisadiyyat Nazirliyi bu məlumatlara münasibət bildirə bilməz.
“Le Temps” və “Sonntags Zeitung” dövri nəşrləri daha əvvəl yazmışdılar ki, Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan sonra İsveçrədə 7,5 milyard frank rəsmi olaraq dondurulub. “Credit Suisse” tərəfindən dondurulan vəsaitin təxminən 4 milyard frankı, qeyd edildiyi kimi, sanksiyalara məruz qalan İsveçrə vətəndaşlarına, qalan 13,6 milyard frank isə digər dövlətlər tərəfindən məhdudiyyətlər qoyulmuş insanlara məxsusdur. Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş vəsaitləri də həmin məbləğə daxildir.
Yeganə





