İsveçrədə həftəsonundan bəri təsirli olan həddindən artıq istilər səbəbindən Cenevrə və Tiçino kantonlarında tikinti sahələrində günortadan sonra iş yoluna məhdudiyyətlər qoyulub.
Elchi.az xəbər verir ki, Cenevrə kantonu rəhbərliyinin qərarı ilə yerli vaxtla saat 14:00-da qüvvəyə minəcək məhdudiyyət tikinti işlərini və çöldə fiziki güc tələb edən ağır işləri əhatə edəcək.
Temperatur təhlükəsi səviyyəsinin 4-ə yüksəldiyi Ticinoda saat 15.00-dan sonra çöldə işlər aparılmayacaq. Kantonda tikinti işlərinə səhər saat 06:00-da başlamaq mümkün olacaq.
Həddindən artıq istilər səbəbindən kantonlarda görülən bu tədbir avqustun 27-dək davam edəcək.
İsveçrənin ən böyük həmkarlar ittifaqlarından biri olan UNIA, keçən həftə havaların isti olması səbəbindən tikinti sahələrində işlərin dayandırılmasını istəyib. İsveçrə Podratçılar Assosiasiyası isə tikinti ilə bağlı qaydalara qarşı çıxır.
Həddindən artıq istilər bütün İsveçrədə təsirli olmağa davam edərkən, dünən Cenevrədə termometrlər 36 dərəcəni göstərdi.
Şayəstə Hüseynova





