İtaliya Çinin Romadakı səfirliyinə göndərdiyi rəsmi məktubda müasir İpək Yolu kimi tanınan Çinin “Bir kəmər və yol” təşəbbüsündən çıxdığını bildirib.
Elchi.az xəbər verir ki, İtalyan Corriere della Sera qəzetinin xəbərinə görə, Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti, Çinin tarixi İpək Yolu 3 gün əvvəl , böyük layihələrlə ticarəti canlandırmaq layihəsi kimi tanınan “Kəmər və Yol Təşəbbüsü”ndən çıxmaq üçün rəsmi nota ilə Çinin Romadakı səfirliyinə rəsmi bildiriş göndərdi.
Notada İtaliyanın Çinə bu təşəbbüsdə iştirakını uzatmayacağını çatdırdığı bildirilib.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani açıqlamasında deyib: “İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, o, istənilən effektləri yaratmadı. Bunda iştirak etməyənlər daha yaxşı nəticələr əldə etdilər”. dedi.
Şayəstə Hüseynova





