Liviyanın baş naziri Əbdülhəmid Dibeybe İtaliya hökumətinin 10 il əvvəl kommersiya uçuşu qadağasını əhatə edən embarqonu ləğv etdiyini açıqlayıb.
Elchi.az bu barədə “DHA”-ya istinadən xəbər verir.
Liviyanın baş naziri Dibeybe sosial media hesabından verdiyi açıqlamada, “ İtaliya hökuməti 10 il əvvəl Liviya mülki aviasiyasına qoyulan qadağanı ləğv etmək qərarını bizə bildirmişdi ki, uçuşlar gələn ilin sentyabrında bərpa olunacaq. Baş nazir Giorgia Meloni-yə təşəkkür edirəm və nəqliyyat sektorunun və bunun üçün yaradılmış komitənin və bu irəliləyişin həyata keçirilməsində əməyi olan hər kəsin səylərini yüksək qiymətləndirirəm”,-deyə bildirib.
Nuranə Məmmədova




