İtaliyanın xarici işlər naziri Tajani: Putinlə Ərdoğanın görüşü vacibdir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən görüş önəmlidir. Bu barədə ANSA agentliyinin sözlərindən sitat gətirən İtaliyanın xarici işlər nazirinin müavini Antonio Tajani bildirib.
“(Görüş) vacibdir və hesab edirəm ki, bütün (Ukrayna münaqişəsi ilə bağlı) məsələlərdə razılığa gəlmək üçün hər şey edilməlidir”, – Tajani Çinə səfəri zamanı deyib.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin taxıl sazişi üzrə mümkün razılaşmaların “sülh yolunda kiçik addım” ola biləcəyi fikrini bildirib.
Şayəstə Hüseynova





