İtaliyanın xarici işlər naziri Antonio Tajani “La Repubblica” qəzetinə müsahibəsində bildirib ki, ölkə parlamenti Ukraynaya altıncı hərbi yardım paketini qəbul edib və onun göndərilməsinə icazə verib.
Elchi.az xəbər verir ki, Tajaninin sözlərinə görə, hazırda İtaliya Fransa ilə birlikdə “Samp/T” hava hücumundan müdafiə sistemlərinin mümkün qədər tez Kiyevə göndərilməsi üçün işləyir.
Tajani müsahibəsində rəhbərlik etdiyi “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoninin rusiyayönlü mövqe tutmaqda ittihamlarına da toxunub. Berluskoni Ukrayna üçün dağıdıcı münaqişənin qarşısını almaq üçün “iki Donbas muxtar respublikasına hücumu dayandırmaq kifayət idi” deyən Ukrayna prezidenti Volodimir Zelenskinin hərəkətlərini sərt şəkildə tənqid edib.
Tajaninin sözlərinə görə, “İrəli İtaliya” Kiyevə yeni silah tədarükünü dəstəkləməyə hazırdır. O, həmçinin xatırladıb ki, Berluskoninin Avropa Parlamentinin üzvü olmaqla Rusiyaya qarşı qətnamələrə səs verib.
Yeganə




