İtaliya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qido Kroseto “Il Messaggero” qəzetinə müsahibəsində bildirib.
Əgər biz Ukraynaya hava hücumundan müdafiə raketlərini veririksə, onları anbarlarımızdan götürməliyik və bunu ehtiyatları tükəndirmədən etməli və keyfiyyətinə əmin olmalıyıq”,-deyə Kroseto qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında telefon danışığından sonra hava hücumundan müdafiə sistemlərinin verilməsi qərarı alınıb. Bundan sonra Zelenski tvitter hesabında yazıb ki, Roma Ukraynaya hava hücumundan müdafiə sistemini təchiz etməyi düşünür.
Yeganə





