İtaliyanın Siciliya adasında baş verən meşə yanğınlarında iki nəfər ölüb. Yanğınla əlaqədar bölgədə yüzlərlə insan təxliyə edilib.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
İtaliyanın Siciliya adasında bir gün əvvəl başlayan meşə yanğınları davam edir. Adanın şimalında dünən və bu gün təsirini artıran yanğınlar nəticəsində 2 nəfər həyatını itirib, yüzlərlə insan təxliyə edilib. Tətil şəhəri Cefaluya çatan alov səbəbiylə bir oteldə qalan 700-ə yaxın insanın təxliyyə edildiyi, təhlükə aradan qalxdıqdan sonra tətil edənlərin otelə qayıtdığı bildirilib.
Yanğının səbəblərini müəyyən etmək üçün polisin başlatdığı araşdırmadan hələ ki, nəticə əldə olunmadığı, araşdırmanın davam etdiyi bildirilib.
Digər tərəfdən, yanğında şübhəli bilinən meşə yanğınlarında hələ ki, həbs olunan olmayıb.
Avqust ayında Siciliya adasında baş verən meşə yanğınları nəticəsində 600 kvadrat kilometrdən çox ərazinin tamamilə yandığı təxmin edilir. Bildirilib ki, bu təxmin 2022-ci ildə meşə yanğınları nəticəsində yanan sahədən çoxdur.
Nuranə Məmmədova





