İtaliyanın şimalında Bolonya-Rimini dəmir yolu xəttində iki qatarın toqquşması nəticəsində 17 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadasının X hesabında edilən yazıya görə, Faenza və Forli arasındakı Bolonya-Rimini xəttində yüksək sürətli qatarla regional qatar toqquşub.
İtaliyanın ANSA xəbər agentliyi onu da qeyd edib ki, ilkin məlumatlara görə, axşam saatlarında baş verən qəzada 17 nəfər xəsarət alıb.
İtaliya Dövlət Dəmir Yolları qəzaya görə xüsusilə Castelbolognese-Forli dəmir yolu xəttində bütün xidmətlərin dayandırıldığını bildirib.
Nuranə Məmmədova






