İtaliyanın Florensiya şəhəri yaxınlığında gecə saatlarında yük qatarının relsdən çıxması ölkə daxilində dəmir yolu nəqliyyatında böyük gecikmələrə səbəb olub.
Elchi.az xəbər verir ki,İtaliya Dövlət Dəmir Yolu tərəfindən verilən açıqlamaya görə, yerli vaxtla səhər saat 03:15 radələrində yük qatarının son vaqonu Castello stansiyasında relsdən çıxıb.
Hadisə yerində aparılan araşdırmadan sonra İtaliya yanğınsöndürmə briqadası qəzada ölən və ya yaralanan olmadığı barədə məlumat paylaşıb.
İtaliya mətbuatı qəza nəticəsində dəmir yolu infrastrukturuna ciddi ziyan dəydiyini yazarkən, relsdən çıxan vaqonun iri kranlarla çıxarılması işlərinin davam etdiyi bildirilib.
Qəza nəticəsində İtaliyanın şimal-cənub istiqamətində şəhərlərarası və regional qatarların hərəkətində gecikmələr yaşanıb. Florensiya və Bolonya şəhərləri arasında dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Nuranə Məmmədova






