"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliyalı jurnalist Sarkisyan rejimini ifşa etdi – FOTO

17 Mart 2016 - 20:27
in XƏBƏR LENTİ

İtaliyanın “L’Opinione” qəzetinin saytında Ermənistandakı kriminal hərbi diktatura rejiminin ifşa olunduğu məqalə yayılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“Ermənistan və sülh fəalı George Vanyanın həyatına təhlükə” sərlövhəli məqalədə qeyd edilir ki, Ermənistan Avropa dəyərlərini bölüşmək əvəzinə, ölkədəki təhdid və təzyiq faktlarını gizlətməyə çalışır. Ermənistanda fundamental demokratik prinsiplərin, insan haqlarının müdafiəsi və ifadə azadlığı kimi dəyərlərin kobudcasına pozulduğunu erməni fəal G.Vanyanın fəaliyyəti kontekstində təhlil edən italiyalı jurnalist bu ölkədə aqressiv və dözümsüz mühitin mövcudluğunu vurğulayır.

Yazıda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq və sülh üçün müxtəlif təşəbbüsləri və layihələri reallaşdırmaq məqsədilə yaradılmış Qafqazda Sülh Təşəbbüsü Mərkəzinin fəaliyyətinə toxunulur. Diqqətə çatdırılır ki, qurumun prezidenti G.Vanyan son zamanlar Qərb mediasının diqqət mərkəzindədir. Onun bu sülhpərvər fəaliyyəti Ermənistan hökumətinin dəstəklədiyi ifrat milliyyətçi qruplaşmalar tərəfindən heç də müsbət qarşılanmayıb. Hətta həmin qruplaşmalar onu ölümlə belə hədələyirlər. Təqib və təhdidlərdən xilas olmaq üçün o, Almaniyanın Siyasi Motivlərə görə Təqib Olunan Şəxslərə Dəstək Fondunun bir illik siyasi sığınacaq təklifini qəbul edib. G.Vanyan 2012-ci ildə İngiltərə, ABŞ, Almaniya təşkilatlarının dəstəyi ilə keçirilməsi nəzərdə tutulan sülh festivalının əsas təşkilatçılarından biri idi. Lakin erməni milliyyətçilərinin təhdid və əks-təbliğatı nəticəsində tədbir təxirə salınıb.

Müəllif yazır ki, 2007-ci ildə G.Vanyanın rəhbərlik etdiyi təşkilat Yerevandakı məktəblərdən birində “Azərbaycan günləri” adlı mədəni tədbirin keçirilməsini planlaşdırırdı. İndiyədək Ermənistanda analoqu olmayan belə bir tədbirin keçirilməsinə Azərbaycana qarşı nifrət siyasəti həyata keçirən Ermənistanın milliyyətçi dairələri əngəl törədiblər. Uzun müddət ölüm təhdidlərinə məruz qalan G.Vanyanın sülhpərvər fikirlərini pisləyən Ermənistan mətbuatı onun fəaliyyətinə “xəyanətkar” damğası vurub. G.Vanyanın Azərbaycan mətbu orqanlarına verdiyi müsahibələr təxribat fəaliyyəti kimi qiymətləndirilib.

Yazıda qeyd olunur ki, G.Vanyanın Xocalı soyqırımına dair mövqeyi erməni tərəfinin böyük narazılığına səbəb olub. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək 600-dan çox mülki şəxsi qətlə yetirməsi və Xocalıda törədilmiş digər dəhşətlərlə bağlı həqiqətləri söylədiyi üçün ermənilərin G.Vanyana qarşı dözülməz münasibəti daha da kəskinləşib. Xocalı soyqırımını insanlıq əleyhinə cinayət kimi qiymətləndirən G.Vanyan bir gün cinayətkarların qanun qarşısında cavab verməli olacaqlarına ümid bəslədiyini bildirib. O deyib: “Ermənistanda Xocalı haqqında danışmaq qəti qadağandır. Lakin ictimaiyyətə açıq müzakirələr aparmaq imkanı verilməlidir. Seminarlar təşkil etmək əvəzinə, sadə vətəndaşların toplaşdığı məkanlarda müzakirələr aparmaq daha səmərəli nəticələr verə bilər. Lakin təəssüflər olsun ki, Ermənistanın rəsmi dairələri bu cür təşəbbüslərə isti yanaşmır”.

Məqalədə qeyd olunur ki, ötən ilin martında Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Müjniyeks Ermənistanda insan haqlarına dair hesabatında maraqlı məqamlara toxunaraq deyib: “Ermənistanda prokurorluq orqanlarının qərəzlilik və bütün sistemə dominantlıq etmək kimi problemi var. Bu ölkənin məhkəmə sistemində ədalətli yanaşma kontekstində müdafiə hüququnun gücləndirilməsinə ehtiyac var. Bəraət hallarının statistikası Ermənistanda təqribən 3 faizdir ki, bu da çox aşağı göstəricidir. Prokuror və hakimlər arasında sıx əlaqələr var və çox vaxt prokuror hakim rolunu ifa edir. Ümumiyyətlə, bu ölkənin ədalət sistemində müdafiənin yeri çox zəifdir”. (Azərtac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Next Post

“QHT “yumşaq güc”ün əsas elementlərindən biridir” – PA rəsmisi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“QHT “yumşaq güc”ün əsas elementlərindən biridir” - PA rəsmisi

Əfv edilən Nemət Pənahlının həyat yoldaşı: “Elə bil yuxu görürəm”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.