"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliyalı senator: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu gərginliyinin artmasının əsas səbəbidir

09 İyul 2017 - 00:14
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divinanın İtaliyanın “Agenzia Nova” xəbər agentliyinin saytında və “L’Opinione” qəzetində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və nəticədə mülki azərbaycanlıların, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsini, digər şəxsin yaralanmasını pisləyən, eləcə də Ermənistanın işğalçılıq siyasətini tənqid edən açıqlamaları dərc olunub.

“Məni bu balaca qızın və onun nənəsinin cəsədlərinin şəkilləri dəhşətə gətirdi, istər onların qətlə yetirilməsi, istərsə də münaqişənin davam etməsi beynəlxalq mətbuatda geniş işıqlandırılmalıdır”,- deyən italiyalı senator törədilənlərin vandalizmdən başqa bir şey olmadığını, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, o cümlədən qadın, uşaq və qocalardan ibarət mülki əhaliyə qarşı hücumların birbaşa, hədəflənən, sistematik xarakter daşıdığını və Ermənistanın azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə birbaşa və məqsədyönlü ziyan vurmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib.

“Mən dəfələrlə bildirmişəm ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər”,- deyə italiyalı senator vurğulayıb.

Habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə də məlumat verən senator qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq, bu gün Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etməkdə, qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməkdə, beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda, Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətləri törətməkdə və Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin öz torpaqlarına geri dönməsini təmin etməyi tələb edən bir çox beynəlxalq sənədlərə məhəl qoymamaqda davam edir.

Fikirlərinə davam edən italiyalı senator vurğulayıb ki, Ermənistan münaqişənin həllində maraqlı deyil və bu ölkənin məqsədi status-kvonu saxlamaqdır. “Bu qəddar münaqişənin həlli üçün status-kvo dəyişməlidir ki, bu da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir. Ermənistan qoşunlarının həmin ərazilərdə mövcudluğu münaqişənin həllinə əsas maneədir. Münaqişənin həllinə və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan substantiv danışıqlarda konstruktiv iştirak etməlidir. Azərbaycanın dostu olan İtaliya xalqı mətbuat vasitəsilə də baş verənlər barədə məlumatlandırılmalıdır və 2018-ci ildə ATƏT-ə sədrlik edəcək İtaliya hökuməti sülh yolunun axtarılmasında fəal iştirak etməlidir”,- deyə senator fikirlərini yekunlaşdırıb.

Eyni zamanda, ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü olan senator Sercio Divina Minskdə keçirilən ATƏT Parlament Assambleyasının plenar iclasında da çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü və dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətləri qəti pisləyib.

İtaliyalı senatorun müvafiq açıqlamaları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

http://opinione.it/esteri/2017/07/07/domenico-letizia_conflitto-nagarno-karabakh-armenia-azerbaigian/

https://www.agenzianova.com/a/595f4d0d5fba31.59312128/1602676/2017-07-07/nagorno-karabakh-senatore-divina-armenia-conduce-attacchi-sistematici-contro-popolazione-civile

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İyulun 10-na manatın məzənnəsi

Next Post

Almaniya təyyarələri “İncirlik” hərbi bazasını tərk edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Almaniya təyyarələri "İncirlik" hərbi bazasını tərk edir

Türkiyə prezidenti: "Qardaşım cənab İlham Əliyevlə regional məsələləri müzakirə etdik"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.