Britaniyalı qadın itini xilas etmək istəyərkən dağdan aşağı yuvarlanıb.
Elchi.az Dailymail.co.uk-a istinadən yazır ki, Meri Endryus iti Elvisi sıldırım bir təpədə park edən zaman avtomobilində qoyub. Qadın işini görərkən maşının əl əyləci sıradan çıxıb və avtomobil təpədən aşağı yuvarlanmağa başlayıb.
Meri maşının qarşısında dayanaraq onu saxlamağa çalışsa da, təkərlərin altında qalıb və xəsarət alıb. Həkimlər ona omba və dizin çıxığı, həmçinin dörd qabırğasının və onurğa sütununun sınığı diaqnozu qoyublar.
“Bu instinkt idi. Mən sadəcə olaraq düşündüm ki, avtomobil insanları öldürəcək və mən Elvisi itirəcəyəm”.
Endryus maşının altında olarkən ilk yardıma gələnlərə təşəkkür edib: “Bu, çox travmatik idi və Elvislə hər şey qaydasındadır”, – deyə o, yekunlaşdırıb.
Yeganə





