Hindistanda Korba şəhərinin polisi beş il əvvəl itkin düşmüş teleaparıcı Salma Sultana Laşkarın skeletini aşkarlayıb. Elchi.az xəbər verir ki, bu barədə “The Indian Express” yazır.
Yerli kanallardan birinin teleaparıcısı 2018-ci ilin sonunda yoxa çıxıb, o zaman onun 30 yaşı vardı. Onun qalıqları respublika magistralının yolunun altından tapılıb.
Polis hesab edir ki, Laşkar 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısı olan sevgilisinin qurbanı olub, onu maddi fikir ayrılıqlarına görə öldürüb, sonra isə iki şərikinin köməyi ilə meyiti gizlədib. Bir il sonra avtomobil yolunun tikintisinə başlanıldı. Həftənin əvvəlində hər üç şübhəli həbs edilib. Yerli polis rəisi Uday Kiranın sözlərinə görə, müstəntiqlər qalıqların şəxsiyyətini müəyyən etmək üçün qurbandan və onun qohumlarından DNT nümunələri toplayacaqlar.
Havar Şəfiyeva






