"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

IV İslam Həmrəyliyi Oyunları: müsəlman aləmində əməkdaşlığın və etimadın yeni mərhələsi – ŞƏRH

12 May 2017 - 13:20
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan sübut edir ki, sülh və əməkdaşlığa töhfə verməyə hazırdır, bunu bacarır

Bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi baxımından Azərbaycan tarixində əhəmiyyəti günlərdəndir.

Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının (qeyri-rəsmi adı “Bakı-2017” İslam Həmrəyliyi Oyunları) rəsmi açılışı olacaq. Oyunlar mayın 22-də başa çatacaq. İdman oyunlarında 21 idman növü (ağır atletika, atıcılıq, basketbol, bədii gimnastika, boks, cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suya tullanma, taekvondo, tennis, uşu, üzgüçülük, voleybol, atletika, zorxana) üzrə 54 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı elan edilib.

Yeri gəlmişkən, İslam Konfransı Təşkilatı “İslam ölkələri həmrəylik idman oyunları”nın keçirilməsi ilə bağlı 2001-ci ildə qərar qəbul edib. Qeyd edək ki, Azərbaycan 2014-cü il iyulun 24-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.

I İslam Həmrəyliyi Oyunları 2005-ci il aprelin 8-20-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilib. Həmin yarışda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla, 53 müsəlman ölkəsindən 6500 idmançı həmrəylik yarışmasına qatılmış, 15 idman növü üzrə mübarizə aparmışdı.

Əslində, indki oyunlar statistik olaraq IV sayılır. Çünki II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılmışdı. Ancaq sonradan həmin oyunların tarixini 2010-cu il aprel ayına dəyişdilər. Bununla belə, “Fars” körfəzinin (ərəb “Ərəb”, yaxud Bəsrə, qədim türklər isə ora Kəngər deyiblər) adı məsələsində İranla ərəb dövlətləri arasında yaranan fikir ayrılığı səbəbindən oyunlar ləğv edildi.

Nəticədə oyunlar baş tutmadı. III İslam Həmrəyliyi Oyunları 2013-cü il sentyabrın 22-si oktyabrın 1-i tarixlərində İndoneziyanın Palembanq şəhərində keçirilib. Həmin tədbirdə 44 ölkədən 1769 idmançı 13 idman növü üzrə yarışıb.

Bu idman oyunları tarixində Azərbaycan komandası qazandığı medalların ümumi sayına görə 10-cu yerdədir. Komandamızın hesabında 10 qızıl, 13 gümüş və 16 bürünc medal var.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 345 idmançı ilə təmsil olunur.

İkinci ən böyük say (339 idmançı ilə) Türkiyə, üçüncü yer isə (307 idmançı ilə) Əlcəzairə məxsusdur.

Dünyanın indiki qarışıq vaxtında İslam dövlətləri idmançıları arasında bu yarışın keçirilməsi bu dinin sülhsevər olduğunu nümayiş etdirməkdir. Çünki Orta Şərqdədki proseslər fonunda baş verənlərdən göründüyü kimi, hazırda İslam ölkələri arasında ciddi fikir ayrılığı var. Bir sıra hallarda silahlı münaqişələrdə onların bir-birinə qarşı vuruşduğu belə bildirilir.

Yaxın və Orta Şərqdə vəziyyətin normallaşması, sabitliyin, sülhün yaranması, ictimai, siyasi, iqtisadi və mədəni əlaqələrin, əməkdaşlığın bərpası və inkişaf daha çox bölgə dövlətlərindən asılıdır.

Belə yarışlar İslam dövlətləri ictimaiyyətinin yaxınlaşmasına və bir-birini tanımasına yardım edir. Son illər beynəlxalq terrorçuluğa görə müsəlman dövlətləri arasında müəyyən inamsızlıq və etimadsızlıq yaranıb.

İslam ölkələri bir-birlərini daxili işlərinə müdaxilə etməkdə, düşmənə, işğalçıya yardım göstərməkdə qınayırlar. Onlar bu qınaqlarda bəzən haqlı, bəzən haqsız görünsələr də, belə halların olduğunu da inkar etmək olmaz.

Yarışların tez-tez keçirilməsi isə dövlətlərin əməkdaşlığını genişləndirir, bir-birlərinə yaxınlaşmaları üçün şərait yaradır. Bu, həm də dünyada sabitliyin və təhlükəsizliyin xeyrinə olan işdir.

Oyunların Azərbaycanda keçirilməsi də əhəmiyyətlidir. Əvvəla, Azərbaycan torpaqlarının bir hissəsi işğal altında olan müsəlman dövlətidir. Bəzi İslam ölkələri Dağlıq Qarabağın işğal altında saxlanılması üçün Ermənistanla hər cür əməşdaklıq edir, əlaqə saxlayır. Azərbaycan öz həmrəylik davranışı ilə onlara “işğalçı ilə əməkdaşlığı dayandırın, ya da onu bu siyasətindən çəkindirməyə çalışın” mesajını verir.

Azərbaycan müsəlman ölkələrə İslam dünyasındakı yerini və əhəmiyyətini bir daha çatdırır. Ölkə müsəlman dünyasında təbliğ edilir.

İstənilən beynəlxalq səviyyəli tədbirin keçirilməsi üçün başlıca amil təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməklə bu çətin işin öhdəsindən gəlməyə qadir və bu kimi məsələlərdə, özəlliklə terrorçuluğa qarşı mübarizədə beynəlxalq arenada əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Azərbaycan sübut edir ki, sülh və əməkdaşlığa töhfə verməyə hazırdır, bunu bacarır.

Beləliklə, ehtimal etmək olar ki, bu sayaq həmrəylik yarışları dövlətlərarası əməkdaşlığın və əlaqələrin genişlənməsinə, inkişafına yönələcək, düşmənçiliyin, şübhələrin, etimadsızlığın aradan qalxmasına xidmət edəcək.

share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Günel Səfərova: “Ailə Hüquq Akademiyası yaradılacaq”

Next Post

“Eurovision” mahnı müsabiqəsində gözlənilməz evlilik təklifi – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Eurovision” mahnı müsabiqəsində gözlənilməz evlilik təklifi - VİDEO

AFFA Premyer Liqaya 8 komanda buraxdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.