Mən heç vaxt deməmişəm ki, Bidzina İvanişvili hakimiyyəti idarə edir.
Bunu “Rustavi-2” televiziyasına müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib.
O, İvanişvilinin heç vaxt onu idarə etmədiyini və özünün də milyarderin təsirində olmadığını bildirib.
Qeyd edək ki, gürcü milyarder İvanişvili Gürcü Arzusu fraksiyasının lideridir. Məhz onun sayəsində “Gürcü Arzusu” 2012-ci ildə Mixail Saakaşvilinin partiyasını iqtidardan uzaqlaşdıra bilib. Marqvelaşvilinin hakimiyyətə gəlməsində də İvanişvilinin müstəsna xidmətləri olub.
Saakaşvili İvanişvilini Rusiyanın adamı hesab edir.




