"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İxracımız idxalı üstələyıb

06 İyul 2017 - 09:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Natiq Cəfərli: “Xarici investoru maraqlandıran yalnız iki məsələ olur…”

“2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən məhsul alınıb”. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı ticarət hesabatlarında qeyd olunur.

Hesabata görə, 4 ayda xarici ticarət dövriyyəsi 7 milyard 8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 835,8 milyon dollar, idxalın dəyəri 2 milyard 165 milyon dollar təşkil edib, 2 milyard 670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artıb, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalıb. 2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.

Başqa bir hesabata əsasən, 2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olub. İxracda artım daha çox meyvə-tərəvəz sektorunda qeydə alınıb. Belə ki, 2015-ci ilin altı ayı ərzində 132 493,39 ton meyvə-tərəvəz ixrac olunmuşdusa, bu ilin altı ayında həmin rəqəm 165 774,94 tona yüksəlib. Bu isə ixracda 4,36 faiz təşkil edir.
Digər məhsullar üzrə çayın, bitki və heyvan məşəli yağların, şəkərin miqdarında kəskin azalma qeydə alınıb. Məsələn, çay ötən il ixracda 35,4 faiz təşkil etmişdisə, bu il 0,08 faizə düşüb.

İqtisadçı ekspert Natiq Cəfərliyə görə, bugünkü iqtisadi durumdan çıxışın əsas və çox effektiv yollarından biri məhz ixracatın artırılmasıdır: “Azərbaycanın özünün gəlirləri neftdən asılı olduğu üçün valyuta gəlirləri kifayət qədər azalıb. Əlavə valyuta qazanmaq yollarını düşünməli və tapmalıyıq. Bunun da əsas istiqamətləri təbii ki, ixrac potensialının artırılmasıdır. İxrac potensialının artırılması üçün də daxildə rəqabətli mühitin, yaxşı investisiya mühitinin, iqtisadi aktivliyin artırılması üçün işlər görülməlidir. Yəni ola bilməz ki, daxildə iqtisadi aktivlik zəifləsin – necə ki, biz bunu görürük. Keçən il ümumdaxili məhsul 1,3 faiz azaldı. Bu ilin ilk 5 ayında 1 faiz azalıb. Yəni iqtisadiyyat daralır, iqtisadi aktivlik yoxdur. İqtisadi aktivlik yoxdursa, iqtisadi aktivlik olmayan ölkədə iqtisadiyyatı canlandırmağın yolları haqqında düşünməliyik ki, sonradan bu canlanma ixracatın artmasına səbəb olsun. Bunun da yolları xarici investorların cəlbidir, büdcə xərcləmələrində investisiya ayarının artırılmasıdır, daxildə bankların ciddi şəkildə kapital qoyuluşuna yönəlməsi, orta və uzun vədəli biznes kreditlərinin verilməsidir ki, bu hər üç yolun üçündə də problem var. Xarici investisiyalar Azərbaycana ancaq neft-qaz layihələrində aktiv şəkildə gəlirlər. Çünki burada oyun qaydaları fərqlidir. Bütün kontraktlar, müqavilələr parlamentdə təsdiqlənir və heç dövlət qurumları tərəfindən heç bir müdaxilə olunmur. Onlar da rahat işləyə bilirlər. Digər sahələrdə isə investisiya ilə bağlı problemlər var”.

İqtisadçı ekspert xarici investoru maraqlandıran yalnız iki məsələnin olduğunu və bu məsələlərdə də Azərbaycanda problem yaşandığını bildirdi: “Bu məsəllərdən biri mülkiyyət toxunulmazlığının müqəddəsliyi məsələsidir, ikinci məhkəmələrin çevik, ədalətli və tez qərar verməsinin təmin olunması. Hər iki istiqamətdə də bizdə problemlər var. Mülkiyyət toxunulmazlığı ilə də bağlı 1000-dən yuxarı mülkiyyətlə bağlı iş Avropa Məhkəməsinə gedib və bu da investoru qorxudan çox ciddi amillərdən biridir. Məhkəmələrin işləməsində də problemlər var. Yəni çevik deyillər, ədalətli qərarların çıxarılması yubadılır və bir çox hallarda məhkəmələr kənar müdaxilələrin təsiri ilə qərar verirlər ki, bu da investoru çəkindirən amildir. Üçüncü amil isə Azərbaycanın müxtəlif beynəlxalq qurumlarda üzvlüyü məsələsidir ki, bu da investorlar üçün vacib bir məsələdir. Məsələn, Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. 20 ildir danışıq aparılır, amma üzv olmuruq. Bu da investorlar üçün vacibdir ki, biz ora üzv olaq və beynəlxalq oyun qaydaları çərçivəsində fəaliyyət göstərək. Hamımız bilirik ki, banklar çox pis durumdadır. Kreditləşməni artıra bilmir, biznes kreditləri verə bilmirlər. Kreditlərin faizləri çox yüksəkdir. 25-30 faiz biznes krediti varsa, hansı iş adamı bunu götürüb nə iş görə bilər ki, həm pul qazansın, həm kreditlərini versin, həm də kredit faizlərini ödəsin. Yəni burada da problemlər var. Daxili invesitisiyalar da azalıb. 45 faziə qədər azalma var. Biz iqtisadi canlanmaya nail olmalıyıq ki, bu da ixracat potensialımızın artırılmasına kömək etsin. İxracatın hələlik Azərbaycanda istiqamətləri var. Burada potensial, kənd təsərrüfatı, aqrasiya, neft-kimya məhsullarında potensial var və bunun tanıtımının həyata keçirilməsi yolu ilə Azərbaycan mallarının xaricə çıxarılmasının asanlaşdırılması yolu ilə biz ixracatı artıra bilərik. Amma bir daha təkrar edirəm. Bu, daxili iqtisadi aktivliyin artmasından sonra mümkündür”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda toy zamanı kütləvi dava düşdü (FOTO/VİDEO)

Next Post

Qızıl 4 dollardan çox bahalaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qızıl 4 dollardan çox bahalaşıb

Neft bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.