İyulun 4-ü qlobal orta temperaturun 17,18 dərəcə olduğu tarixdə ən isti gün olub, iyulun 3-də isə temperatur rekordu 24 saat ərzində yenidən qırılıb.
Elchi.az xəbər verir ki, ABŞ meteoroloji xidmətinin NCEP məlumatlarına görə, qlobal orta temperaturun 17,01 dərəcə ilə ölçüldüyü iyulun 3-ü ən isti gün kimi qeydə alınıb.
Dünya temperatur rekordu 24 saat ərzində yenilənib və iyulun 4-də qlobal orta temperatur Selsi üzrə 17,18 dərəcəyə çatıb.
İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirlərinin güclənməsi ilə hava istiliyi artsa da, elm adamları xüsusilə önümüzdəki 6 həftə ərzində temperatur rekordlarının yenidən görünə biləcəyi barədə xəbərdarlıq edir.
Dünya Meteorologiya Təşkilatı da dünən El Nino şəraitinin başladığını və temperatur artımlarının sürətlənə biləcəyini açıqlayıb.
Qlobal orta temperatur daha əvvəl 2016-cı ilin avqustunda 16,9 dərəcə Selsi səviyyəsində ölçülüb.
Şayəstə Hüseynova





