Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev Priqojinin təxribatından istifadə edib və hücuma hazırlaşır.
Ukrayna Silahlı Qüvvələri Yevgeni Priqojinin bəyanatından sonra yaranmış qarışıqlıqdan istifadə edərək , hazırda növbəti hücum üçün bölmələri Baxmut taktiki istiqamətində cəmləşdirir.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb .
Agentlik aydınlaşdırıb ki, indiyədək Cənub Qüvvələr Qrupunun əsgərləri hava və artilleriya zərbələri ilə düşməni dəf etməyə müvəffəq olub.
Nuranə Məmmədova




