İzmirin Karabağlar rayonunda meşə sahəsində baş verən yanğın nəzarət altına alınmağa çalışılır.
Elchi.az xəbər verir ki, İzmirdə Kavacık rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Bölgəyə İzmir Meşə Region Müdirliyinə bağlı 4 təyyarə, 6 helikopter, 15 su tankeri, 4 su təchizatı maşını və 3 dozer göndərilib.
Qruplar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.
Nuranə Məmmədova






