"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jan Zahradil : “BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq” -MÜSAHİBƏ

19 Noyabr 2015 - 15:14
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan ZahradilinAPA-ya müsahibəsi

 

– Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) məqsədi və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

 

– Bizim Alyans Avropa İttifaqı və ondan kənarda olan partiyalardan ibarət mərkəz-sağçı siyasi ailədir. Bizim məqsədimiz azad bazar iqtisadiyyatını, azad ticarəti, aşağı vergitutmanı, ölkələrin güclü milli suverenliklərini, milli ənənələrə hörməti, mühafizəkar sosial dəyərləri təbliğ etməkdir. Biz getdikcə mərkəzləşən, daha bürokratik olan Avropa İttifaqını dəyişmək, onu daha rahat struktura çevirmək istəyirik.

 

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) bu alyansa qoşulması barədə nə deyə bilərsiniz? Proses necə olub və bu əməkdaşlıq hər iki tərəfə  nə kimi faya verəcək?

 

– BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlük üçün müraciət edib və proses standart yollarla davam edib. BAXCP özünü AMİA-nın şura iclasına təqdim edib və əgər 6 ay ərzində heç bir üzv partiya açıq şəkildə onun namizədliyinə qarşı etiraz etmirsə, o Şuranın səs çoxluğu ilə qəbul edilən qərarına əsasən tam üzv qəbul olunur. Biz gördük ki, BAXCP Reykyavik bəyannaməsində göstərilən AMİA prinsiplərinə və proqramına uyğundur və biz onun bizə üzv olmasından şərəf duyuruq və çox şadıq.

 

– Azərbaycanla gələcək əməkdaşlıq üçün hansı planlar var?

 

– AMİA-nın prezidenti kimi mən çox tezliklə Azərbaycana səfər edəcəyəm. Azərbaycan siyasi və iqtisadi nöqteyi-nəzərindən çox vacib ölkədir. Biz Azərbaycanı sabit və çiçəklənən görmək istəyirik. Biz Azərbaycanla Aİ arasında daha yaxşı qarşılıqlı anlaşılmaya və daha yaxşı əməkdaşlığa kömək etməyə şadıq. Bəzi mühakimələr və dezinformasiyalar hələ də mövcuddur, biz bunları aradan götürməyə kömək edə bilərik.

 

– Siz Azərbaycanla və Azərbaycandan üzv olan partiya ilə həyata keçirməyi planlaşdırdığınız hər hansı layihələr varmı?

 

– Hansı konkret addımları ata biləcəyimizi zaman göstərəcək. Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi, lakin dünyəvi olan çox gözəl nümunə ölkəsidir. Azərbaycan təcrübəsindən öyrənməli olan dərslər var. Bununla yanaşı, Azərbaycanın ona qalan post-sovet ölkəsi varisliyinin öhdəsindən necə gəlməsinə diqqət ayırmağa dəyər. Mən özüm də post-kommunist mühitdən çıxmışam (keçmiş Çexoslovakiya). Ona görə də  keçmiş kommunist rejiminin bütün şablonlarından necə qurtulmağın çox çətin olduğunu bilirəm. Həmçinin Azərbaycanın mədəni zənginliyi, geostrateji mövqeyi və ya enerji siyasəti daha yaxşı araşdırılmağa layiqdir. Alyans tərəfdən deyə bilərəm ki, biz BAXCP ilə bir neçə ümumi layihələri maliyyələşdirməyə razıyıq.

 

– Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Münaqişəmin digər tərəfi olan ölkə də sizin üzvünüzdür. Sizin Alyansın bu problemlə bağlı mövqeyi necədir.

 

– Bu çox həssas ikitərəfli problemdir və ikitərəfli səviyyədə həll olunmalıdır. Biz ikitərəfli problemlərə müdaxilə etmirik. Adi həll kənardan gətirilə bilməz. Biz yalnız ümid edə bilərik ki, AMİA-ya üzvlük iki tərəfin bir-birini daha yaxşı anlamasına kömək edəcək.

 

– BAXCP-AMİA əməkdaşlığının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün faydası nə ola bilər?

 

– Bir daha qeyd edirəm ki, üzv ölkələri arasındakı bu cür həssas ikili problemlərə müdaxilə etmək AMİA-nın siyasətində yoxdur. Biz onlara ünsiyyət qurmağa, müzakirə aparmağa, əlaqələri möhkəmləndirməyə kömək edə bilərik. Lakin istənilən kənar müdaxilənin heç bir faydası olmaz. Bu həmçinin bu münaqişənin həllinə bilavasitə cəlb olunan bəzi ölkələrə də aiddir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rüstəm Behrudi ürəyindən əməliyyat edildi

Next Post

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vaxtından əvvəl dəyişir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vaxtından əvvəl dəyişir

Obama Rusiyanı təhdid etdi: Ya Əsəd ya da...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.