Türkiyədə hərbi çevrilişə cəhd edənlər tərəfindən girov götürülən Jandarma Qüvvələri komandiri Qalib Mendi azad edilib.
Türkiyə mətbuatı xəbər verir ki, qiyamçı hərbçilərə qarşı keçirilən əməliyyatlar zamanı 67 nəfərlik qrup təslim olub.
Jandarma Qüvvələri komandiri Qalib Mendi əməliyyat nəticəsində azad edilib.




