"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jirinovski Azərbaycanla bağlı fikirlərinə aydınlıq gətirdi

26 İyul 2014 - 00:23
in CƏMİYYƏT MANŞET

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin APA-ya müsahibəsi.img1609307

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

– Vladimir Volfoviç, sizin dünən “Rossiya 24” kanalında çıxışınız Azərbaycan ictimaiyyətində təəccüb və maraq doğurub. Bu günə qədər olan müsahibələrinizdə, çıxışlarınızda Azərbaycana qarşı olan münasibətiniz hər zaman mənfi olub. Necə oldu ki, Azərbaycan barədə fikriniz dəyişdi?
– Mənim Azərbaycana heç vaxt mənfi münasibətim olmayıb. Heç bir mənfi fikir də söyləməmişəm. Sadəcə, fikirlərimi düzgün interpretasiya etməyiblər. Fikrim düzgün başa düşülməyib. Söylədiklərimin bir hissəsini götürüb efirə veriblər. Bir müddət əvvəl çıxışımda Xəzər dənizi ilə bağlı dediklərimi də səhv başa düşmüşdülər. Bu gün iki yaxşı fon var- Azərbaycan və Ukrayna…Ukraynada rusofob əhval-ruhiyyə hökm sürür. Tarix dərslikləri düzgün yazılmır. 9 may Qələbə bayramının qeyd edilməsi yasaqlanıb. Rus dili təqib olunur. Bir də Azərbaycan nümunəsi var. İqtisadi cəhətdən inkişaf edən, çiçəklənən ölkə…Bütün sferalar inkişaf edir, yeni yaşayış kompleksləri, şəhərlər, yollar və s. salınır.
Keçmiş sovet məkanında biz 15 respublika olmuşuq. Onları hazırda bir-biri ilə müqayisə eləmək çox vaxt aparar. Lakin Azərbaycan bu respublikalar arasında mühüm yer tutur. Mən Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevi şəxsən tanıyırdım. Zaqafqaziya Hərbi Dairəsində zabit kimi qulluq edən zaman Bakıda da olmuşam. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin yolunu uğurla davam etdirir. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir. Problemlər var. Lakin dünyanın bütün ölkələrində problemlər mövcuddur. Digər iki Qafqaz ölkəsində – Gürcüstan və Ermənistanda vəziyyət olduqca ağırdır.  Azərbaycanda isə biz ancaq müsbət inkişaf görürük. Xalq hər şeydən razıdır. Bu ölkədə Rusiyaya, rus dilinə münasibətdə digər ölkələrdən fərqlidir. Azərbaycanda 400 rus dilli məktəb fəaliyyət göstərir, rus dili qorunub saxlanılır. Moskva Dövlət Universitetinin Bakı filialı, Slavyan Universiteti fəaliyyət göstərir. Bir sözlə, rus mədəniyyəti Azərbaycanda qorunub saxlanılır və inkişaf etdirilir. Bu Rusiya-Azərbaycan münasibətlərinə, xalqlarımız arasındakı münasibətlərə çox böyük təsir edir. Bu gün Azərbaycanda heç bir rusofob əhval-ruhiyyə yoxdur. Bu gün Qərb dünyada anti-rus təbliğatı aparır. Azərbaycan isə bu “xor”a qoşulmur, öz yolu ilə gedir. Azərbaycanın müstəqil siyasi kursu var. Bu onu göstərir ki, Azərbaycanın çox güclü, müstəqil siyasət yeritməyi bacaran lideri var. Reallıqları görmək və etiraf etmək lazımdır.
– Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi haqqında nə deyə bilərsiniz?
– Fikrimcə, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə də müsbət inkişaf edəcək. Çünki, bizim ölkələr arasında qarşılıqlı faydalı ticarət aparmaq imkanı var. Azərbaycan cənub ölkəsidir. Onun şimalda istehsal olunan məhsullara ehtiyacı var. Əksinə, Rusiyanın da cənubda istehsal olunan məhsullara ehtiyacı var. Azərbaycanla Rusiyanın regionları arasında sıx əlaqələr mövcuddur. Bir çox məqam var ki, iki ölkə arasındakı münasibətlər daha da möhkəmlənsin və uğurla inkişaf etsin. Bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçiləndən sonra Cənubi Qafqaza ilk səfərini Azərbaycana etdi. Bu iki ölkə arasında olan münasibətlərdə Azərbaycanın statusunu göstərir. İki ölkə arasında olan münasibətlərin yaxşı perspektivi var. Biz bu münasibətləri daha da möhkəmləndirə, inkişaf etdirə bilərik. Heç kəs bu münasibətləri korlaya bilməməlidir. Biz bu gün münasibətlərdə mövcud olan xətti saxlamalıyıq. Təhsil, idman, mədəniyyət, iqtisadiyyat, hərbi və xarici siyasət sahələrində əlaqələrimiz möhkəmləndirməliyik.
– Bildiyiniz kimi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi neçə illərdir ki, Rusiya-Azərbaycan münasibətlərinə də təsir edir. Sizin bu haqda mövqeyinizi öyrənmək istəyirdik…
– Bu çox çətin məslədir. Dağlıq Qarabağ münaqişəsi, əlbəttə ki, üçtərəfli əsaslarla həll edilməlidir. Bakı-Moskva-İrəvan birlikdə oturub müntəzəm olaraq bu məsələnin həlli ilə məşğul olmalıdırlar. Milli zəmində olan münaqişələr çox mürəkkəb və çətin olur. Bu münaqişənin tarixi də qanlı və qarmaqarışıq olub. Bu münaqişə müntəzəm olaraq həll olunmalıdır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FİFA DÇ-2018-in Rusiyadan alınması təklifini rədd etdi

Next Post

Pentaqon: Rusiya yaxın vaxtlarda separatçılara yeni silahlar verəcək

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Pentaqon: Rusiya yaxın vaxtlarda separatçılara yeni silahlar verəcək

Tatlısəs yenidən əməliyyat olunacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.