"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jirinovski həbs oluna bilər

23 Fevral 2016 - 01:47
in aktual-banner, Banner, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Jirinovski müharibə çağırışına görə həbs oluna bilər
 
Fazil Mustafa : “Türkiyənin nə qədər çox problemləri olsa da, müdafiə qabiliyyəti kifayət qədər yüksəkdir”
 
Fəzail Ağamalı: “Rusiya Türkiyəyə hücum edərsə, NATO istər-istəməz bu müharibəyə qoşulacaq”
 
Vaqif Hacıbəyli: “Təcavüzkar müharibəyə çağırışa görə 5 ilədək həbs cəzası nəzərdə tutulur”
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Türkiyə ilə bağlı son bəyanatı ölkəmizdə də ciddi narazılıqla qarşılanıb. Bir çoxları  dəfələrlə qeyri-ciddi bəyanatları ilə gündəmə gələn V.Jirinovskinin son açıqlamasının da sərsəmləmədən başqa bir şey olmadığını qeyd edirlər. Amma bir qisim ekspertlər onun bütün açıqlamalarının məhz Kremlin sifarişi olduğunu, bəyanatların arxasında Rusiyanın gələcək planlarının anonsunun dayandığını bildirirlər.
 
Deputat Fazil Mustafa məsələyə bu cür şərh bildirib: “Yəqin ki, Rusiyanın dövlət siyasətinə uyğun olduğu üçün Jirinovskinin bəyanatlarına qarşı heç bir ölçü götürülmür. Lakin bütün hallarda bu, seçilən yanlış bir yoldur və bu yolun Rusiya üçün heç bir faydası yoxdur”.
Fazil Mustafa V.Jirinovskinin Türkiyə dövləti barəsində səsləndirdiyi təhdidləri  qardaş ölkəyə qarşı psixoloji hücum kimi qiymətləndirib: “Mənasız bəyanatdır. Hələ də Türkiyənin gücünü dərk etmək istəmirlər. Elə düşünürlər ki, Ukrayna və yaxud Gürcüstan ilə qarşı-qarşıya gəliblər. Jirinovskinin açıqlamaları qarşılığında Türkiyənin təmkinli davranması daha doğrudur. Çünki ölkənin müdafiəsi ilə bağlı konkret olaraq ciddi işlər görülür və ümid etmirəm ki, hər hansı bir şəkildə müharibə təhlükəsinə qədər gəlib çıxa bilsin. Hər halda xoşa gələn hal deyil. Amma neyləmək olar, Rusiya və Türkiyə gerçəkliyi bu cür formadadır. Buna görə də müəyyən məsələlərin həllində Türkiyənin daha çox hazırlıqla cavab verməsi yerində olar. Və bu məsələlərdə Türkiyənin hər hansı addımlar atması və yaxud reaksiya verməsinin bir mənası olduğunu düşünmürəm”.
Deputat “Avropa İttifaqının, NATO-nun  Türkiyəni müdafiə etməyəcəyi”  fikrinin də real olmadığını deyib:“Bu, yanlış bir yanaşmadır. Avropa İttifaqı və yaxud digərlərinin Türkiyəni müdafiə etməməsi deyə bir durum yoxdur. Çünki Türkiyənin nə qədər çox problemləri olsa belə müdafiə qabiliyyəti kifayət qədər çoxdur”.
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Jirinovskinin bəyanatlarına ciddi yanaşılmasının tərəfdarı olduğunu deyib: “Jirinovskiyə qarşı Azərbaycanda birmənalı olaraq münasibət yoxdur. Ancaq bir çox hallarda onu “kloun” adlandırır, qeyri-ciddi adam kimi dəyərləndirməyə çalışırlar. Unutmaq olmaz ki, Jirinovski Rusiyanın parlamentində kifayət qədər mandatla təmsil olunan bir partiyanın sədri, eyni zamanda Dumanın sədr müavindir. Onun hansı formada, şəkildə söz deməsinə hər zaman ciddi yanaşmaq lazımdır. Çünki onun demiş olduğu sözün arxasında Rusiyanın rəsmi hakimiyyət dairələrinin fikri ifadə olunur. Adam var ki, bunu başqa bir formada daha ciddi çalarlarla ifadə edir, Jirinovski isə bunu özünəməxsus şəkildə ifadə edir. Bu fikirləri qeyri-ciddi qəbul edilməsinin tərəfdarı deyiləm. Bu gün Rusiya ilə Türkiyə arasında yaranmış gərginlik ciddi şəkildə qəbul edilməlidir. Çünki Rusiya Türkiyəyə qarşı bu gün kifayət qədər aqressiv mövqedədir”.
Deputat dünya müharibəsinin başlayacağını istisna etmədiyini deyib: “Türkiyə zəif dövlət deyil.  Kifayət qədər  dünyada sayılıb-seçilən, güclü orduya məxsus olan, hərbi qüvvəsinə görə ABŞ-dan sonra duran bir ölkədir. Əlbəttə ki, onun hərbi potensialının üzərinə  NATO-nun hərbi imkanlarını da əlavə etmək lazımdır. Əgər Rusiya Türkiyəyə hücum edərsə, beləliklə müharibə baş verərsə  bu, artıq dünya  müharibəsi deməkdir və bu müharibəyə NATO istər-istəməz qoşulacaq. Rusiyanın müdafiə nazirinin İrana gəlməsi təsadüf hesab edilə bilməz. Rusiyadan İrana  6 milyard dollar məbləğində ən müasir silahların satışı artıq reallaşmaq üzrədir, belə bir razılıq əldə edilib. Faktiki olaraq Rusiya İranla hərbi ittifaqda yer alır… Beləliklə vəziyyət kifayət qədər kritik və ciddidir”.
“Təcavüzkar müharibəyə çağırışa görə Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 354- cü maddəsinə əsasən üç ilədək, bu cür hərəkətlər vəzifəli şəxslər tərəfindən və ya kütləvi informasiya vasitələrindən istifadə etməklə törədildikdə 5 ilədək həbs cəzası nəzərdə tutulur”.
Bunu isə “Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli sosial şəbəkədə paylaşdığı statusunda bildirib. V.Hacibəyli həmiçinin qeyd edib ki, Rusiyanın dövlət televiziyasında yayımlanan bəzi verilişlərdə türklər əleyhinə milli ədavəti qızışdıran Türkiyəni fasiləsiz bombalamağa çağıran S.Baqdasarov, V.Jirinovski və sair kimilərin barəsində cinayət təqibinə başlamaq üçün kifayət qədər hüquqi əsaslar var: “Bu verilişlərdə əsasən Azərbaycandan olan soydaşlarımız Türkiyəni təmsil edirlər. Onlar bu məsələyə diqqəti yönəltməlidirlər. Eyni zamanda, Rusiyada fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarımız əməllərində yuxarıda sadalanan cinayətin əlamətləri olan şəxslər barəsində prokurorluğa rəsmi müraciət etsələr ən azı bu gün həmin ölkədə qızışdırılan antitürk təbliğatının səngiməsinə nail ola bilərdilər”.
Xatırladaq ki, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski “Rus xəbərlər xidməti” agentliyinə verdiyi son müsahibəsində Türkiyənin hərbi komendantı postunu tutmağa hazır olduğunu bildirib. RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır. O, bir məqamı da xüsusi vurğulayıb ki, bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin qiyməti yenə artır

Next Post

Türkiyə yeni hava hücumundan müdafiə sistemini təqdim etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə yeni hava hücumundan müdafiə sistemini təqdim etdi

Putin: "Suriyada İŞİD-ə zərbələr davam etdiriləcək"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.