Bu fikri Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, qonşu ölkənin ən xarizmatik siyasətçilərindən biri olan Vladimir Jirinovski səsləndirib. Rusiyada dərc edilən, “Komsomolskaya pravda” qəzetinin əməkdaşı ilə söhbət edən LDPR lideri Rusiyanın Krımı ilhaq etməsi məsələsinə toxunan Vladimir Jirinovski deyib: “İl möhtəşəmdir! Heyranedicidir. Rusiyanın minillik tarixində ilk dəfə rus regionu birləşdirilib. Həm də bu il aydın oldu ki, imperiya mütləq çar, pravoslavlıq və xalqçılıq deməkdir. Bizim xislətimiz budur”.
LDPR lideri rusların bir-birinə müraciətdə “zati aliləri” kəlməsini işlətməyi məsləhət görüb: “Özünüz müqayisə edin: “Zati aliləri” və “hörmətli yoldaş Xruşşov”. Rusiyanın dövlətçiliyinin min yaşı var və hansısa “yoldaş”?! Belə olmaz! Zati aliləri, qibleyi-aləm, möhtərəm, əzəmətli demək lazımdır”. //anspress.az




