Ukrayna Təhlükəsizlik Xidməti ölkənin Müstəqillik günündə Kiyevdə terror aktı törətməyi planlaşdıran dəstəni
zərərsizləşdirib. Beş nəfərdən ibarət dəstənin üzvləri Ukrayna könüllü batalyonlanllarının bazalarına, o cümlədən, antiterror əməliyyatında iştirak edən döyüşçülərə yardım göstərən təşkilatların rəhbərlərinə hücum üçün odlu silah əldə edərkən saxlanılıblar.
zərərsizləşdirib. Beş nəfərdən ibarət dəstənin üzvləri Ukrayna könüllü batalyonlanllarının bazalarına, o cümlədən, antiterror əməliyyatında iştirak edən döyüşçülərə yardım göstərən təşkilatların rəhbərlərinə hücum üçün odlu silah əldə edərkən saxlanılıblar.Dəstə üzvləri dəmiryolu infraskrukturu obyektlərindən birində diversiya aktı törətmək məqsədilə əldəqayırma partlayıcı qurğular hazırlayıblar. Məqsəd Ukrayna ordusubnun şəxsi heyət və texnikasının hərəkətinə maneə yaratmaq olub.
Dəstə üzvlərinin birinin evindən əldəqayırma partlayıcı qurğular üçün elementlər, qumbara və patronlar tapılıb.
Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, terrorçular Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə yaxın şəxslər tərəfindən maliyyələşdirilib və dəstənin fəaliyyətini Jirinovskinin adamları əlaqələndiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.



