
Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezidentliyə namizədliyini qeydə alıb.
APA-nın Moskva müxbirinin Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, Rusiya liberallarının lideri prezidentliyə namizədliyi rəsmən qeydiyyata alınan ilk namizəd olub.
V. Jirinovski altıncı dəfədir prezidentliyə namizəd olur.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək.



