Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell may ayının sonuna qədər bir çox Avropa İttifaqı ölkələrinin Fələstin dövlətini tanımasını gözlədiklərini söyləyib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, bəzi Aİ-yə üzv dövlətlər may ayının sonuna qədər Fələstini dövlət kimi tanımaq qərarına gələ bilərlər.
O, prosesin mayın sonuna qədər yekunlaşa biləcəyini bildirib. O, bu ölkələrin hansı ölkələr olduğunu açıqlamayıb.
Ancaq keçən həftə Brüsseldə keçirilən Aİ Liderləri sammitində 4 ölkə tərəfindən məsələ ilə bağlı birgə bəyanat verildi.
İspaniya, İrlandiya, Sloveniya və Malta liderləri bəyanatda Fələstini ‘şərtlər uyğun gələndə’ bir dövlət kimi tanımağa hazır olduqlarını bildiriblər.
Borrelin qeyd etdiyi ölkələrin bu 4 ölkə olduğu hesab edilir.
Şayəstə Hüseynova






