Jurnalistin evi qarət olundu – 1800 manat apardılar

>

Bunu da oxuyun

Jurnalist Vasif Həsənlinin evini qarət ediblər.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. V. Həsənlinin sözlərinə görə, naməlum şəxslər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən ona məxsus 1800 manat məbləğində pul oğurlayıblar:

“Həmin vaxt evdə olmamışıq. Oğrular evə pəncərədən giriblər. Azyaşlı oğlumun gələcəyi üçün pul yığırdıq. Ona görə dəmir seyf almışdıq. Evimizə hər qonaq gələndə ora pul atırdı. 3 il idi ki, seyf açılmırdı. Oğrular seyfi sındırıb içindən 300 manatı götürüblər. Evdəki çantadan isə 1500 manat oğurlanıb”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728