“Jurnalistlər seçkini tələblərə uyğun işıqlandırmalıdır” – Əli Həsənov

Bunu da oxuyun

“Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”.

Elchi.az“Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər:

“Jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq. Burada məsuliyyət də önəmlidir. Jurnalist həm də Azərbaycan vətəndaşlarıdır. Seçki Məcəlləsinin tələblərini mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə, seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bu cizgi nəzərə alınmalıdır”.

Ödənişli təşviqat məsələsinə toxunan Ə.Həsənov qeyd edib ki, jurnalistlər kommersiya maraqlarından da çıxış edirlər, bu da normal haldır: “Onlar, sadəcə, tərəflərə bərabər imkanlar yaratmalıdır”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728