"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəlbəcər və Laçında 804 km yol qardan təmizləndi – Video

11 Yanvar 2023 - 12:14
in CƏMİYYƏT

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Müdafiə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb.

Yeni istifadəyə verilmiş birləşmiş anbarlar vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən ərzaqlara və digər qidalara üstünlük verilir.

Əlavə olaraq mövsümi xəstəliklər və donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə alınmayıb.

Qış mövsümündə təxliyə yollarının işlək vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam etdirilir.

Təkcə Kəlbəcər və Laçın rayonları ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.

Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış dövründə də yüksək peşəkarlıqla icra olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada səfərbərlik elan oluna bilər – General

Next Post

Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Mehdiyevin kürəkənin dövlətə bu qədər vergi borcu var

Mehdiyevin kürəkənin dövlətə bu qədər vergi borcu var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.