"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kəmərsıxma” siyasəti və “paket maaş” alanlar…

08 Fevral 2015 - 13:57
in İQTİSADİYYAT MANŞET

Vüqar Bayramov: “Bu il “paket maaşlar”ın və 13-cü əməkhaqlarının veriləcəyi gözlənilmir”img1741302

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Son aylarda dövlət qurumlarında çalışanların rəsmi əmək haqqından əlavə aldıqları “paket maaşlar”ın verilməsi ilə bağlı problem yaşanır.
Musavat.com-a daxil olan məlumatlara görə, əksər qurumlarda “paket maaşlar” ləğv olunub. Bunun səbəbi isə neft gəlirlərinin azalması ilə əlaqədar hökumətin “kəmər sıxma”siyasətinə keçməsidir.
Bir tərəfdən, rəsmi qurumlarda işçilər ixtisar olunur, paralel idarəetmə orqanları ləğv edilir. Digər tərəfdən isə hər ay büdcədən milyon manatlarla vəsaitin sərf edilməsin səbəb olan qeyri-leqal xərclər aradan qaldırılır.
Mövcud durumu təhlil edən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bu, məqbul bir addımdır və vergidən yayınan vəsaitlərin həcminin azalmasına gətirib, çıxaracaq: “Paket maaşlar”ın verilməsi həm də dövlət sektoru ilə özəl sektor arasında müəyyən bir diskriminativ münasibətin yaranmasına səbəb olur. Bu baxımdan, “paket  maaşlar”ın ləğvi məqsədəuyğundur. Dövlət qurumlarında çalışan şəxslərin əməkhaqları “paket maaşlar”ına uyğun şəkildə rəsmiləşdirilsə, vergiyə cəlb olunma baxımından, daha yaxşı olar.
Nəzərə alsaq ki, neftin qiyməti aşağı düşüb, bu baxımdan, dövlət büdcəsindən maliyyələşən qurumlarda verilən əlavə vəsaitlərin ləğv ediləcəyi əvvəldən proqnozlaşdırılırdı. Ötən ilin sonlarından başlayaraq, büdcə daxilolmalarında azalmalar var və hökumət bəzi xərclərdən yayınaraq, qənaət etmək məcburiyyətindədir. Ancaq bu ilin dövlət büdcəsinə nəzər salsaq, “paket  maaşlar”ın ləğv edilməsinə baxmayaraq, digər vəsaitlərin ödənilməsində problem olmayacaq. Ancaq “paket  maaşlar”ının və 13-cü əməkhaqlarının veriləcəyi gözlənilmir. Bu tipli qeyri-leqal ödənişlər ləğv ediləcək. Ancaq dövlət qurumlarında rəsmi əməkhaqlarının ödənilməsi ilə bağlı problem olmayacaq”.
Vüqar Bayramov onu da bildirdi ki, hökumətin büdcəyə qənaətlə bağlı atdığı addımlar sırasında işçilərin ixtisarı və paralel qurumların ləğvi məsələsi də mühüm yer tutur: “Azərbaycanda struktur islahatlarına ehtiyac var və bu cür islahatların aparılması, əslində, bizim hazırladığımız “Azərbaycan Respublikasının Antikorrupsiya Strategiyası” layihəsində yer alıb. Biz bir sıra qurumların ləğvini təklif etmişdik. O, cümlədən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək, Əmlak Məsələləri Komitəsinə birləşdirilməsi də bu təkliflərdən biri idi. Həmin təkliflər sırasında enerji və su sektorunda idarəetmənin təmərküzləşməsi, vahid qurumun yaradılması və digər islahatların aparılması da var idi. Artıq hökumət həmin təkliflərin reallaşmasına can atır. Dövlət gəlirlərinin azalması fonunda bu islahatların aparılması qaçılmazdır”. (Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xalq artisti özünü necə təhqir etdi?..

Next Post

Almaniya “qorxub”, ABŞ hirslənib, Fransa isə “müharibə”dən danışır

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Almaniya “qorxub”, ABŞ hirslənib, Fransa isə “müharibə”dən danışır

Ramana torpaqlarını hansı məmur ələ keçirib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.