Tezis.az saytının məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Tədbirdə idarənin iş fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verilib. Bildirilib ki, idarədə yeni proqram təminatı mövcuddur, “112 xidmətinə” əhalidən daxil olan zənglərin daha operativ cavablandırılması üçün hər cür şərait yaradılıb. Həmçinin, “112 xidmətinin” anderoid versiyası da istifadəyə verilib.




