“Kənd təsərüfatı bitkilərin yetişdirilməsi üçün istifadə olunan gübrələr, dərmanlar müasirləşib.Əkin və biçinlərin aparılması üçün daha müasir texnikalar istifadə olunur. Bütün bunlar daha müasir biliklər tələb etdiyindən gənclərimizin qarşında böyük vəzifələr dayanır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
O, həmçinin qeyd edib ki, aqrar sahə digər sahələrdən daha ağır oldundan bu sahəyə gənclərin maraqı az olur: “Amma müasir biliklərə yiyələnmiş gənc mütəxəsislərə təlabat çoxdur və bacaraıqlı mütəxəsislər işlə bağlı problem yaşamırlar. Ona görə də gənclərimiz daha çox hansı sahədə daha çox fayda verə biləcəyini düşünməlidirlər. Təbii ki, burada gənclər arasında maarifləndirmə işinin aparılamsı ilk yerdə dayanmalıdır”.
Havar Şəfiyeva





