"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kənd Təsərrüfatı sektorunda idarəetməni gücləndirmək üçün atılan addımların məntiqi… – FOTOLAR

07 May 2018 - 13:51
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Hər bir nazirlik ilk növbədə idarəetmə orqanıdır. Deməli, nazir də ilk növbədə idarəetmə qabiliyyətinə malik şəxs olmalıdır. İdarəetmənin isə öz məntiqi, tərzi, qaydası var. Bir çox xarici ölkələrdə nazirlərin idarə etdikləri qurumun təyinatına uyğun mütəxəssis olmamaları da bundan qaynaqlanır.

Məsələn, NATO təcrübəsinə nəzər salanda, Alyans ölkələrinin müdafiə nazirlərinin ümumiyyətlə, hərb sənətindən uzaq adamlar olduqlarını görürük. Hətta bir çox Alyans ölkələrində müdafiə nazirlərinin qadınlar arasından seçildikləri də nəzərdən qaçmır və onların hərb sənətinin incəliklərini bilməmələri, ümumiyyətlə, hərbi xidmətdə bulunmamaları iş prosesinə maneçilik törətmir. Əksinə müdafiə nazirlərinin mülki vətəndaşlar arasından seçilməsinə daha çox üstünlük verilir. Bunun da, təbii ki, öz məntiqi, öz səbəbləri var. Əsas səbəb isə, təbii ki, nazirliklərin təyinatından qaynaqlanır. Axı, nazirliklərin vəzifəsi dövlət siyasətini müəyyənləşdirmək deyil, adından da göründüyü kimi, müəyyənləşdirilən siyasətin icrasına nəzarət etməkdir.

Əksər hallarda nazirlik rəhbərlərinin nəzarət etdikləri sahənin mütəxəssisi olmamaları yürüdülən siyasətin daha effektli idarə edilməsini asanlaşdırır. Çünki “qeyri-peşəkarlıqları” onları nəzarət etdikləri sahə ilə bir-birindən ayırır, nəticədə inhisarlaşmalara imkan vermir. Müdafiə Nazirliyinə hərbçilərin təyin olunmaması da bu mənada başadüşüləndir.

Belə qənaət mövcuddur ki, əgər müdafiə naziri hərbçi olsa, o, rahatlıqla öz həmkarları ilə dil tapa, nəticədə dövlət siyasəti militarizə oluna, hakimiyyətin özü hərbi rejimə çevrilə bilər. Odur ki, bir çox siyasi nəzəriyyələrə görə, hərb üzərində mülki nəzarəti təmin etməyin yolu Müdafiə Nazirliyinə mülki vətəndaşların təyinatından keçir. Dünyanın ən böyük hərbi qüdrəti olan NATO ölkələrində müdafiə nazirlərinin mülki vətəndaş olmalarının sirri də məhz bu məntiqdə gizlənib.

Müdafiə Nazirliyi üzərində misal göstərdiyimiz bu həqiqəti digər nazirliklərə də şamil edə bilərik. Digər nazirliklər də uzun illər onların nəzarət etdiyi sahələrdə ixtisaslaşmış kadrlara həvalə olunsaydı, yenə eyni problem ortaya çıxardı. Öz ixtisaslarında “sümükləşmiş” mütəxəssislər ya rahatlıqla inhisarlar yarada, ya da korrupsiyalaşmış sistemlər formalaşdıra bilərdilər. Demokratik rejimlərdə tez-tez dəyişilən hökumətlərlə dövlət məmurları arasındakı bu qopuqluq, faktiki olaraq, onların eyni mexanizmə çevrilməsinin qarşısını aldığı kimi, bir-biri üzərində nəzarətini də formalaşdırır. Dolayısıyla nə nazirlik dövlət məmurlarını, nə dövlət məmurları nazirliyi özününküləşdirə bilir.

Prezident İlham Əliyevin son zamanlar atdığı bir çox addımlar da məhz buna hesablanıb. Xatırlayırsınızsa, bir neçə il əvvəl təhsil naziri təyin olunan Mikayıl Cabbarov pedaqoq deyildi və o, öz vəzifəsində cəmi 4 il qaldı. Ötən ilin sonlarında bu postdan Vergilər Nazirliyinə göndərildi. Mikayıl Cabbarov vergilər naziri kimi özünün nəzarəti altında formalaşmayan qurumları idarə etməyə başladı. Məhz bu səbəbdən də işinə laqeyd yanaşan, səlahiyyətindən sui-istifadə edən məmurları dərhal təmizləyə bildi. Sözsüz ki, bu posta köhnə komandadan biri gətirilsəydi, yenə “köhnə hamam, köhnə tas” olardı, yarıtmaz vərdişlər davam edərdi.

Son prezident seçkilərinin ardınca qurulan yeni hökumətdə dəyişdirilən nazirlər içərisində ən çox diqqəti cəlb edənlərdən biri də Kənd Təsərrüfatı Nazirliyidir. Bu nazirliyə ixtisasca kənd təsərrüfatı mütəxəssisi olmayan, amma idarəetmə qabiliyyətilə seçilən və bu keyfiyyətini əməli fəaliyyətilə təsdiqləyən İnam Kərimli gətirildi. Həmin vəzifəyə təyin olunmamışdan əvvəl İnam Kərimli “ASAN Xidmət” sahəsindəki fəaliyyətilə özünü doğrultmuş və bu qurum nəinki ölkə ictimaiyyəti tərəfindən, həm də dünya miqyasında təqdirlə qarşılanmışdı.

Əlbəttə ki, “ASAN Xidmət”də imza atdığı uğurlar onun təyinatının da başlıca səbəblərindən biri olmuşdur. Qeyri-neft sektorunun inkişafını dövlət siyasətinin prioritetinə çevirən və bu istiqamətdə əsas diqqətini aqrar sahəyə yönəldən hakimiyyətin Kənd Təsərrüfatı Nazirliyini idarəetmə işini ən müasir prinsiplərlə həyata keçirməyi bacaran birinə həvalə etməsi gözlənilən idi.

Sözsüz ki, İnam Kərimli də Prezidentin ona bəslədiyi etimadı doğrultmağa çalışmalı, “ASAN Xidmət”də (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində) əldə etdiyi uğuru yeni fəaliyyət sahəsinə daşımalı idi. Bunun ən qısa yolu isə ona uğur qazandıran komandasındakı ən etibar etdiyi şəxsləri də özüylə bərabər Kənd Təsərrüfatı Nazirliyinə aparmaqdı. Əks halda köhnə komanda rahatlıqla ona qarşı birləşə və həyata keçirməyə çalışdığı islahatları əngələyə bilərdi.

Görünür, idarəetmə sahəsində püxtələşmiş İnam Kərimli məhz bu amilləri nəzərə alıb, Kənd Təsərrüfatı Nazirliyinin bəzi şöbələrini öz ənənəvi komandasına həvalə etməyin daha səmərəli olduğunu düşünüb. Di gəl ki, hər məsələdə bir “əmma” axtaran bəzi şəxslər yeni nazirin bu haqlı təşəbbüsünü də düzgün qiymətləndirmirlər. Onun “ASAN Xidmət”dəki bəzi kadrlarını Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifələrə təyin etməsini qısqanclıqla qarşılayırlar, “ASAN Xidmət” hara, aqrar sahə hara?” deyirlər. Halbuki, həmin təyinatlara nəzər salanda, onların işinin heç də kənd təsərrüfatı ilə əlaqəli olmadığı ortaya çıxır.

İstərsəniz, gəlin, nəzər salaq.

Kənd Təsərrüfatı Nazirliyinə yeni təyin olunanlardan biri Anar Hüseynovdur. O, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunub. Bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsini icra edən Anar Hüseynov öz sahəsində kifayət qədər yetişmiş birisidir. O, uzun illər ki, mətbuat xidməti vəzifəsində işlədiyi kimi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə ikinci bakalavr təhsili alıb. Həm təcrübəsi, həm də biliyi yeni vəzifəsini icra etməyə də kifayət qədər əsas verir. Bəyəm, Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuat işini yürütmək üçün mütləq aqronom olmaq lazımdır?

Nazirliyin yeni kadrlarından biri də İlhamə Qədimovadır. İlhamə xanım nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. Onun buradakı fəaliyyəti də, sözsüz ki, hüquq sahəsiylə əlaqədar olacaq. Deməli, İlhamə xanımdan da aqronomluq və ya baytarlıq qabiliyyəti tələb olunmayacaq. Yeni Hüquq şöbəsinin müdirinin tərcümeyi halı isə bu işi kifayət qədər yürüdə biləcəyinə əminlik yaradır.

İlhamə Qədimova: Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili və Cinayət hüququ üzrə doktor elmi dərəcəsi alıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

18 dekabr 2012-ci ildən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər təyin olunanlardan biri Sarvan Cəfərovdur. Sarvan Cəfərov nazirin köməkçisi vəzifəsini icra edəcək. Yeni köməkçinin tərcümeyi halı da onun əsasən hansı sahəyə nəzarət edəcəyi barədə yetərli məlumatlar verir. Belə ki, Sarvan Cəfərovun milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə ixtisaslaşdığı aydın olur. Qida təhlükəsizliyinin aqrar sahədən daha çox, siyasi məsələ olduğunu nəzərə alsaq, Kənd Təsərrüfatı Nazirliyinin belə bir mütəxəssisə ehtiyacı olduğu şübhə doğurmur.

“ASAN Xidmət”dən Kənd Təsərrüfatı Nazirliyinə transfer olunanlardan biri isə Aqil Quliyevdir. Peşəkar hüquqşünas olan Aqil Quliyev 2005-2010-cu il illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləyib. 2010-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquq məsləhətçisi vəzifəsində işləyib.

2012-ci ilin noyabr ayından etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi Hüquqi aktların ekspertizası sektorunun müdiri və Daxili hüquqi tənzimləmə sektorunun müdiri-şöbə müdirinin müavini vəzifələrində çalışıb. Aqil Quliyev isə Nazirliyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Yəqin razılaşarsınız ki, bu vəzifənin icrası üçün də kənd təsərrüfatı mütəxəssisi olmağa ehtiyac yoxdur.

Odur ki, bir qaşıq suda fırtına qoparmaq istəyənlərin əsl məqsədini anlamaq olmur.

photo_81568.jpg (14 KB)

Mürvət Həsənli, 
“Xəmsə” MMC-nin sahibi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Next Post

Bakının iki yolunda hərəkət qismən məhdudlaşdırılır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Bakının iki yolunda hərəkət qismən məhdudlaşdırılır

Bakının iki yolunda hərəkət qismən məhdudlaşdırılır

Keçmiş MTN generalları apellyasiya şikayəti verdi

Keçmiş MTN generalları apellyasiya şikayəti verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.