İlk dəfə olaraq İraqın Kərkükün rayon, qəsəbə və kəndlərinə ictimai nəqliyyat xidmətləri göstərilməyə başlandı.
Elchi.az xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin Kərkük İctimai Nəqliyyat Şirkətinin direktoru Məhəmməd İmad mövzu ilə bağlı açıqlama verib.
Kərkükdə ilk dəfə olaraq rayon, qəsəbə və kəndlərə ictimai nəqliyyat xidmətlərinin göstərilməyə başladığını ifadə edən İmad, xidmətin ilkin olaraq kəndlərdə yaşayan universitet tələbələrinə yönəldildiyini söylədi.
Daha sonra bu tətbiqi genişləndirdiklərini və bütün vətəndaşların faydalanmasını təmin etdiklərini bildirən İmad, Kərkükün Havice və Dakuk şəhər və kəndlərinə, həmçinin Riyad, Zap və Abbasi nahiyə və kəndlərinə nəqliyyat xidmətlərinin göstərildiyini qeyd etdi.
Tələbələrin güzəştli qiymətlərlə səyahət etdiyini deyən İmad xidmətin genişləndirilərək şəhərin bütün rayon, qəsəbə və kəndlərini əhatə edəcəyini bildirdi.
İmad həmçinin Neft Nazirliyinə müraciət edərək avtomobillərin yanacağının tədarükünə dəstək verməyə çağırıb.
Şayəstə





