Dünən günorta saatlarında Əfqanıstanın paytaxtı Kabildə Çin otelinə təşkil edilən silahlı və bombalı hücumun məsuliyyətini terror təşkilatı İŞİD öz üzərinə götürüb.
Elchi.az xəbər verir ki, bu barədə terror təşkilatı İŞİD sosial media hesablarında paylaşdığı paylaşımla Kabilin Nev bölgəsində Çin otelinə edilən hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.
Digər tərəfdən, Kabildəki Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamada hücumda 18 nəfərin yaralandığı, 3 cəsədin xəstəxanaya gətirildiyi bildirilib.
Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında etdiyi paylaşımda Kabilin City Nev bölgəsindəki oteldən əcnəbi vətəndaşların xilas edildiyini, iki xarici vətəndaşın isə otelin pəncərəsindən atılaraq yaralandığını bildirib.
Şayəstə




