Kadırov Kərbəla adı ilə Goranboya gətirilən 104 yaşlı nənəyə sahib çıxdı

>

Çeçenistan rəhbəri Ramzan Kadırov Yeni il ərəfəsində Kərbəla adı ilə aldadılaraq Azərbaycanın Goranboy rayonuna aparılan 104 yaşlı Mədinə Əliyevaya köməklik göstərib.

Bunu da oxuyun

AzNews.az-ın rus mətbuatına istinadla verdiyi məlumata görə, Kadırov çeçen əsilli olduğunu idda edən qadını ölkəsinə aparmaq istəyir.

Çeçen liderin tapşırığı ilə onun nümayəndələri yaşlı qadını Bakıda yerləşdirildiyi sığınacaqda ziyarət edib, ona lazım olan ərzaq məhsullarını alıblar. Bu həftə Azərbaycan və Rusiya səfirliklərinin köməyi ilə Əliyevanın məsələsi həll ediləcək.

Xatırladaq ki, yanvarın 5-də Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Goranboy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Goranboy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Goranboyda ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728