Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi hərbi əməliyyatla əlaqədar Rusiyada keçiriləcək prezident seçkilərinin müvəqqəti olaraq ləğv edilməsini təklif edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Eyni zamanda o, qeyd edib ki, seçkilər keçirilə bilər, lakin bir namizədlə – Vladimir Putinlə. Kadırovun bəyanatı Qroznının mərkəzində Rusiya prezidenti Vladimir Putinin 71-ci ildönümünə həsr olunmuş genişmiqyaslı fleşmob zamanı səsləndirilib.
Kadırov belə bir təkliflə çıxış etməsini “bu gün ölkəmizi müdafiə edə biləcək başqa bir adamımız yoxdur” deyə izah edib.
O, həmçinin Putini ən müdrik siyasətçi, döyüşçü, dürüst və düzgün, heç vaxt öz xalqından əl çəkməyən və regionların, xüsusən də Çeçenistan Respublikasının problemlərini mümkün qədər dərindən araşdıran adam adlandırıb.
Yeganə




