Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, o, artıq Moskvada Quranı yandıran və onu videoya yazan təxribatçını axtarır.
Elchi.az xəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında yazıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, video əvvəlcə Ukraynaya göndərilib və yalnız bundan sonra messencerlərdə yayılmağa başlayıb.
“Ukraynalı təxribatçılar Qərbdəki bütün növ liberal hüquq müdafiəçiləri kimi Müqəddəs Yazıları yandıran ilk şəxs deyil”, – Çeçenistan rəhbəri qeyd edib.
Kadırov onu da əlavə edib ki, yaxın vaxtlarda təxribatçı tapılacaq və layiqli cəzasını alacaq. Eyni zamanda, Çeçenistan rəhbəri internetdə mənfi emosiyaları sıçramamağa, səhv versiyalar yaratmamağa və ittihamlar irəli sürməməyə çağırıb.
Xatırladaq ki, bir müddət əvvəl Moskvada Beloe gölünün sahilində naməlum şəxsin Quranı necə yandırması ilə bağlı video yayılıb. Qeyd edək ki, bu yerdən bir qədər aralıda məscid tikilməsi nəzərdə tutulmuşdu.
Yeganə





