Çeçenistan rəhbəri Ramzan Kadırovun vəziyyəti ağırdır.
Elchi.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O bildirib ki, Kadırovun xəstəliyi ağırlaşıb və hazırda o, kritik vəziyyətdədir.
Qeyd edək ki, bundan öncə R.Kadırov onun səhhəti ilə bağlı yayılan iddiaları təkzib etmişdi.





