ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ baş verib. Elchi.az bu barədə Reutersa istinadən xəbər verir.
Avqustun 20-də Los-Ancelesin şimalında tropik tufan zamanı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ventura qraflığının Ocai şəhərindən təxminən 7 kilometr aralıda hiss olunub.
“Hazırda dağıntılar barədə mühüm məlumat yoxdur. Bununla belə, zəlzələ bütün Ventura dairəsində güclü hiss olunub”, – yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden dağıdıcı meşə yanğınları şəklində böyük fəlakətdən əziyyət çəkən Havay xalqına yardım üçün ölkədəki bütün aktivləri göndərəcəyini vəd edib.
Havar Şəfiyeva





