"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kamal Abdullanın romanı İtaliyada təqdim edildi

06 Dekabr 2014 - 16:31
in MƏDƏNİYYƏT

Tanınmış yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanının İtaliyada təqdimatı keçirilib.1417863216

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

 

Pontificia Salesiana Universitetinin və “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kamal Abdulla, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, bu təhsil ocağının professorları, italiyalı kitabsevərlər, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Universitetin rektoru, professor Karlo Nanni çıxış edərək bildirib ki, belə bir nəşrin İtaliyada işıq üzü görməsi xalqlarımızın ədəbiyyatsevərləri arasında yeni bağlar yaradacaq.

 

“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti tədbir iştirakçılarına Kamal Abdullanın yaradıcılığı, əsərləri, multikulturalizmin inkişafına töhfələri barədə məlumat verib. S.Tetti diqqətə çatdırıb ki, bu əsər italiyalı oxucularda Azərbaycan xalqının qədim və zəngin tarixi ilə bağlı dolğun fikir formalaşdıracaq.

 

Fəlsəfə elmləri üzrə professor xanım Kristiana Freni romanın mövzusundan, yazıçının əsərin əsas qəhrəmanları olan tarixi şəxsiyyətlərə və hadisələrə yanaşma tərzindən danışıb. Bildirib ki, Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir. Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.

 

Tədbirdə çıxış edən Kamal Abdulla kitabın italyan dilində ərsəyə gəlməsinə yardımçı olanlara minnətdarlığını bildirib, bu əsərin İtaliyada nəşr olunmasından məmnunluğunu ifadə edib. Müəllif vurğulayıb ki, əsərin dünyanın bir sıra ölkələrində oxucular tərəfindən maraqla qarşılanması onu çox sevindirir. Romanın mövzusu barədə danışan yazıçı diqqətə çatdırıb ki, bu əsərdə klassik ədəbiyyatla qədim tarixə aid mifologiya vəhdətdə verilib. Bildirib ki, Azərbaycan xalqının ruhunu hiss etmək, qədim dövrlərdən bəri mövcud olan adət-ənənələrini, həyat tərzini öyrənmək baxımından “Yarımçıq əlyazma” önəmli əsərdir. Azərbaycanda hər zaman “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarına böyük hörmət və sevgi bəslənilib. Məhz onların həyatını əks etdirən bu əsərdə “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsi təqdim olunub. Roman fransız, türk, rus, polyak, ərəb, portuqal, alman və qazax dillərində nəşr olunub.

 

Sonda əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı müzakirələr aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Biznesmenin evinə basqın

Next Post

Mübariz Qurbanlı İrana səfər edəcək

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Mübariz Qurbanlı İrana səfər edəcək

Amerikalı jurnalist qətlə yetirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.