MiQ-31 qırıcı təyyarəsi Kamçatkada planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipajın axtarışları davam edir.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sakit Okean Donanmasının mətbuat xidməti izah edib ki, təyyarə Kamçatka ərazisində dəniz üzərində radarlardan itib.
“İyulun 4-də Kamçatka ərazisində Avaça körfəzi suları üzərində planlaşdırılmış təlim uçuşunu yerinə yetirərkən MiQ-31 qırıcısı qəzaya uğrayıb”, – Sakit Okean Donanması qeyd edib.
Mətbuat xidməti bildirir ki, MiQ-31 döyüş sursatı olmadan təlim uçuşu həyata keçirib.
Nuranə Məmmədova





